Nə qədər ki Azərbaycan xalqı var Ümummilli Lider Heydər Əliyevdə qəlblərdə yaşayacaq
Dekabrın 12-si müstəqil Azərbaycan Respublikasının memarı ümummilli lider Heydər Əliyevin anım günüdür. Ulu öndərin vəfatından 20 il ötür. Azərbaycan xalqı öz xilaskarını hər zaman olduğu kimi bu gün də böyük ehtiram və hörmətlə anır. Dahi şəxsiyyətə sevgi və hörmət qalib Azərbaycan xalqının qəlbində hər zaman var olub və olacaqdır.
Dünya tarixi sübut etmişdir ki şəxsiyyətlərin gücü ağlı,cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub oldugu xalqın, onun yaratdıgı dövlətin həyatında əvəzedilməz rol oynayır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu öndər Heydər Əlirza oglu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olmuşdur. 1944-cü ildən təhlükəsizlik orqanlarında çalışmışdır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və onun yaxın silahdaşı birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.
Millətin məhəbbətini qazanmış ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri misilsizdir. Ona görə də O, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan öndər kimi qalacaqdır.
Bu gün Azərbaycan dünyada müstəqil və bərabərhüquqlu xarici siyasət yeridən ölkə, dünyada etibarlı tərəfdaş kimi tanınır. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, xalqın dəstəyindən güc alan prinsipial Lider kimi mübarizlik rəmzinə çevrilən möhtərəm Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilmiş, işğal altında olan torpaqlarımız azad edilmiş, Zəfər salnaməsi tarixdə öz layiqli yerini almışdır. Bu inkişafın təməlini biz Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinə borcluyuq.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişdi. Onun əziz xatirəsi qədirbilən xalqımızın yaddaşında özünə əbədi məskən saldı. Xalqımızın böyük oğlu, əsl azərbaycanlı Heydər Əliyevin vəfatından illər ötsə də onun əziz xatirəsi həmişə Azərbaycan xalqinin qəlbində yaşayacaq və hər yerdə xalqımız tərəfindən hörmətlə yad ediləcəkdir! Dərin hörmət və ehtiramla anırıq!
Kərimov Qara,
YAP-ın fəalı