Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir
Dünya tarixi sübut etmişdir ki şəxsiyyətlərin gücü aglı,cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub oldugu xalqın, onun yaratdıgı dövlətin həyatında əvəzedilməz rol oynayır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu öndər Heydər Əlirza oglu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olmuşdur. 1944-cü ildən təhlükəsizlik orqanlarında çalışmışdır.
Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi komitəsi sədrinin müavini. 1967-ci ildən isə sədr vəzifəsində işləyib. General-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə Leninqradda xüsusi ali təhsil almışdır. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini bitirib. 1969-cu ildə Azərbaycan SSR Kominist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrda Sovet İttifaqı Kominist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosuna üzv seçilən Heydər Əliyev SSRİ Nazirlər sovetinə sədr müavini təyin olunub. 1987-ci ildə Büronun və Baş katib Mixail Qarbaçovun yeritdiyi siyasi xəttə etiraz edərək tutdugu vəzifəyə istefa verib. 1990-ci ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış etmiş və Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarını və icraçılarınının cəzalandırmasını tələb etmişdir. O, Daglıq Qarabagda yaranmış vəziyyətlə baglı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz olaraq 1991-ci ildə Komunist Partiyası sıralarını tərk etmişdir. 1990-cı ildə Azərbaycana qayıdan Heydər Əliyev Azərbaycan Ali Sovetinə deputat seçilib. O 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədri seçilib və Azərbaycan Respublikası Ali Sovetinə sədr müavini təyin olunub. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş qurultayda partiyanın sədri seçilib. YAP ölkənin ən böyük siyasi qüvvəsinə çevrildi və Azərbaycan xalqını öz ətrafına birləşdirdi. Xalqın tələbi ilə Azərbaycana gələn Heydər Əliyev 1993-cü ildə iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri daha sonra iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir.
Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsindəki möhtəşəm qələbə də öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi