Preziden İlham Əliyevin cari ilin 6-dekabr tarixində “Qarabağ :30 ildən sonra evə dönüş: Nailiyyətlər və çətinliklər” formunda çıxışı
Azərbaycan 30il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdi lakin çox təəssüflər olsunki bu mümkün olmadı.Bunun bir çox səbəbləri oldu. Buna baxmayaraq biz iki il yarım bundan qabaq öz suverenliyimizi bərpa etdik deyə Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bildirib. Qarabagda Ermənisatana məxsus böyük sayda hərbiçiləri vardı və bu beynəlxalq hüquqa zidd idi. Onların sayı 15minə yaxın idi. Üç il ərzində biz çox səbr etdik və inanırıq ki nəhayət bu vəziyyət həll yolunu tapacaq. İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim təklifimiz çox aydın idi-Qarabağda yaşayan insanların iki seçimi vardı. Biri Azərbaycan vətəndaşları olmaqadır və yaxud yaşayış üçün başqa yer seçməkdir.
Digər seçim isə özlərinin hesab etmədikləri ölkədə yaşamaq və işləmək üçün icazənin alınmasıdır. Bu seçimlər təəssülər olsun ki, lazimi şəkildə dəyərləndirilmədi. Qarabağda dırnağ arası hakimiyyət sülh ilə bağlı olan bütün təşəbbüslərə məhəl qoymadı. Bir gündən az sürən antiterror əməliyyatı bizə imkan verdi ki biz öz suverenliyimizi bərpa edək. Əməliyyat 24 saatdan az sürsədə Ermənistan ordusu təslim oldugunu bəyan etdi .
İndi bir neçə çagırışlarla tərəfdaş oldugumuz ölkələrdən Beynəlxalq hüquq normalarına subyektiv yanaşmaga çagırsaqda bünun əksini görürük. 30 ilə yaxın dogma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə geri dönməsi üçün əlimizdən gələni etməliyik və təhlükəsizliklərini təmin etməlyik. Onlar üçün iş yerlərinin olması da vacib şərtlərdəndir. Həmçinin Qarabagda yaşayan erməniləri öz vətəndaşımız hesab etdik və qalmaları üçün təkliflərimizi irəli sürdük. Onların yeganə işi Azərbaycan vətəndaşlıgını qəbul etmək idi.
Reinteqrasiyaya əsasən xüsusi elektron portal yaradıldı ki, orada olan hər kəs Azərbaycan vətəndaşlıgını qeydiyyatdan keçərək ala bilsin. Onlara Avropa konvensiyasına əsasən bələdiyyə seçkiləri zamanı öz nümayəndələrini seçmələrini, dini hüquqlarını, mədəni hüquqlarını,ana dillində təhsil seçmə hüquqlarını təklif etdik. Qafqazda vəziyyəti Asiya ölkələrinin sərhədləri boyu, xüsusilədə Əfqanıstandakı vəziyyəti nəzərə aldıqda təhlükəsizlik mövzusu başlıca prioritet olmalıdır. Əraziləri azad etmək Prezident İlham Əliyevin siyasi həyatının əsas məqsədini təşkil edib və buna layiq olub. Azərbaycan reqiona sülhü müharibə ilə gətirdi, və sübut etdi ki, münaqişənin hərbi yollada həlli var. Azərbaycan Madrit prinsipləri adlanan əsas əksər müddəları həyata keçirib, hər zaman konstruktiv mövqeydən çıxış edən Azərbaycan ,sülhə çagırış edib. Bunu nə Ermənistan, nə Brusel, nə Paris , nədəki Moskva edib. Azərbaycan sülh sazişini hazırlayıb Ermənistana təqdim etsədə buna qarşı tərəf heç bir reaksiya vermədi.
Təəssüf olsunki Avropa liderləri arasındada Azərbaycana qarşı münasibət qəbul edilməzdir. Lakin Azərbaycanın Avropa komisiyası ilə çox gözəl münasibətləri var. Bu münasibət tək enerji və neft –qaz sahəsində deyil, tezliklə hidrogen sahəsindədə əməkdaşlıgı genişləndirəcək. İqtisadi əməkdaşlıq münasibətləri Özbəkistanla nəqliyyat enerji, avtomobil sənayesi, investisiyalar buna sübut olaraq genişlənir. Özbəkistan xalqının dahi oglu Mirzə Ulubəyin adını daşıyan məktəbin Fizulidə açılışı qardaşlıq münasibətimizə böyük töhvə verir. Bakıdan Gürcüstan sərhədlərinə qədər dəmir yolunun yenidən qurulması önəmli bir infrastruktur layihə hesab olunur. Daha bir layihə orta dəhlizin daha bir qolu olacaqdır, biri Gürcüstandan keçərək Qarsa və Aralıq dənizi limanına, digər isə Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək. Bu layihə həmdə azad olunmuş ərazilərdən , xüsusi ilə Zəngilandan keçmiş olacaq. Amma hal hazırda yenidən qurma işlərimizə əsas maneə minalardır,amma biz bu işləri qısa zaman içində həyata keçirmək istəyirik çünki Qarabagın yenidən qurulması üçün maliyyə yatırımımızda var.
Azərbaycan və Avropa ittifaqının doqquz üzvü arasında olan strateji tərəfdaşlıgın imzalanması əlaqələrimizin genişlənməsi deməkdir.
Azərbaycan xalqı hər zaman öz Prezidenti İlham Əliyevin arxasındadır. Ərazi bütövlüyünü bərpa etməkdə günahlandıranlar 10 milyonluq Azərbaycan xalqının əleyhinə danışırlar. Qafqazdakı vəziyyəti yalnış şərh edir, dagıntılara və soyqırıma göz yumanlardır. Bunlardan biri Fransa özünü sülh prosesindən ayırdı və Azərbaycana qarşı qəbul edilməz çıxışlarla öz çirkin mövqeyini nümaiş etdi. Azərbaycan və Ermənistan arasında vasitəçilik olmadan ikitərəfli razılaşma hazırlanması faydalı ola bilər. Razılaşma hər iki tərəf üçün qarşılıqlı olmalıdır.
Azərbaycan hər zaman öhdəliklərinə hörmətlə yanaşıb, amma Ermənistan tərəfdən isə bunun əksini görmüşük. Bəyanata əsasən Azərbaycan və Naxçıvan arasında baglantı təmin edilməlidir, Paşinyan buna özü imza atsada indi nə bu marşrutu nə də ki, Rusiyanın iştirakını qəbul etmir. Bizə Naxçıvanla,onun vasitəsi ilə Türkiyə ilə əlaqəmiz lazimdir. İran tərəfi ilə razılıga gəlsəkdə Ermənistan bu razılaşmadan boyun qaçırır. Sülh sazişi əlbəttə ki böyük şərtdir, lakin yeganə şərt deyil. Təbii sərvətlərimizi qanunsuz şəkildə mənimsəyənlərin məsuliyyətə cəlb olunması üçün üç ilə yaxındır ki müxtəlif hüquq şirkətləri ilə iş aparılır və ekoloji ziyanı qiymətləndirilir. Xüsusi ilə Kəlbəcər, Laçın və Zəngilan meşələrinə ziyan vurulub. Zəngilandan keçən çayın Oxçuçayın sarı rəngə boyanması böyük narahatçılıqdır.
Mina terroru hələdə dəvam edir. Biz hələdə insanlarımızı bu mina terrorunda itiririk. 350-nəfər minanın qurbanı olub, 65-nəfəri həyatını itirib. Hələdə biz bu terrorun bitməsi üçün xəritənin bizə verilməsini gözləyirik,verilən xəritənin faydasız oldugunu görürürük. İkinci Qarabag müharibəsi bitəndən sonra belə təmas xətti hesab etdikləri yerlərə yenədə yüz minlərlə mina basdırıblar, buda o deməkdir ki Ermənistan öz çirkin mövqeyinə yenədə dəvam edir. Biz məcburi köçkünləri dogma yurdlarına köçürərkən onlardan ehtiyatlı olmalarını, giriş məhdud olan ərazilərə getməmələrini tapşırırıq. Buna görə Beynəlxalq təsisatlar bu məsələyə dəstək göstərərsə, biz çox şad olarıq. Çünki bu məsələdən təkcə Azərbaycan əziyyət çəkmir deyərək Azərbaycan Prezidenti çıxışını yekunlaşdırıb.
Səbinə Həsənova,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəal üzvü.