Analitika

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi böyük ehtiramla yad edir

Hər bir ölkənin, hər bir xalqın tarixində adını tarixə qızıl hərflərlə yazdırmış şəxsiyyətlər vardır, onlardan biri də Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevdir. Heydər Əliyev Azərbaycan dövlətinin və Azərbaycan xalqının xilaskarı idi. Onun cəsarəti, əzmi və vətəninə, xalqına, millətinə olan sevgisi sayəsində bu gün Azərbaycan Respublikası azad və firavan yaşayır. O, bütün həyatını, ömrünü xalqının və millətinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, onların müstəqil və sülh içində yaşamasına həsr etmişdir. Azərbaycan xalqı Heydər Əliyevin siyasi zəkasına, güclü iradəsinə arxalanaraq onu özünə lider seçdi və ona bir qurtarıcı gözü ilə baxdı. Ulu öndər xalqı yanıltmadı və bütün dövrlərdə öz xalqına, dövlətinə şərəflə, ləyaqətlə xidmət etdi. Ümummilli lider həmişə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, layiqli həyat səviyyəsinin təmin edilməsi, ölkənin sülh və sabitlik içində yaşaması, dövlətinin iqtisadi və siyasi həyatının inkişafı üçün çalışmışdır.

Bütün bunlarla yanaşı, bir ölkənin inkişafına təsir göstərən ən böyük amillərdən biri də onun xarici siyasətidir. Heydər Əliyev bu kontekstdə Azərbaycan Respublikasının adını zirvələrə daşıyacaq addımlar atmışdır. Onun yeritdiyi müdrik xarici siyasət strategiyasında qonşu və qeyri- qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan fəaliyyət üstünlük təşkil edirdi. Heydər Əliyevin təməlini qoyduğu xarici siyasət sayəsində Azərbaycan Respublikası regionda dirçəlməyə başlamışdır.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunda lider dövlətlərdən birinə çevrilmişdir. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin irsinə hörmət nümunəsi kimi qarşıya qoyulan bütün məqsədləri yerinə yetirmiş, Azərbaycan dövlətinin tərəqqisi və qüdrətli dövlətə çevrilməsi üçün böyük  addımlar atmışdır.

Bu gün ümummilli lider Heydər Əliyev bizimlə olmasa da, o, həmişə Azərbaycan xalqının ürəyində yaşayacaqdır. Ulu Öndəri böyük hörmət və ehtiramla yad edirik.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button