Analitika

Zəfərimizin Paradı

2020- ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Qələbə Paradı və ya Zəfər Paradı- İkinci Qarabağ  Müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Bakıda keçirilən tarixi hərbi parad. Paradda 3000 Azərbaycan  əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş  Komandanı Azərbaycan Prezidenti İlham Əliyev fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər  üzərində qaldırılan Zəfər bayrağı parada gətilmişdir.

Müharibə zamanı qənimət  kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi  nümayiş olunmuşdur. Azadlıq Meydanında keçirilən hərbi paradda 150-dək hərbi texnika, o cümlədən  silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə  sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib   Ərdoğanla yanaşı tədbirdə yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri də iştirak  etmişdilər.

Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini  layiqincə icra etdi. 44 günlük  müharibədəki  zəfəri  ilə  ordumuz  yeni  tarix  yazdı, dövlətçiliyimizi ,irsimizi  yeni  qəhrəmanlıq  salnaməsi  ilə  zənginləşdirdi. Bu  qələbə  xalqımızın  mübariz  ruhunun, vətənpərvərliyinin, öz  hüquqları  uğrunda  mübarizə  aparmaq əzminin  nümunəsinə  çevrildi. Dekabrın  10-da  Bakının  Azadlıq  meydanında  keçirilən  parad  əvvəlkilərdən  fərqli  idi. Bu  parad  Vətən  müharibəsindəki   zəfərimizin  nümayişi  idi.  Bu  parad  döyüşlərdən  qalib  çıxmış , düşməni  dəmir  yumruqla  əzmiş  əsgərlərimizin , zabitlərimizin , gizirlərimizin  qalibiyyət  yürüşü  idi. Bu, hər  bir  azərbaycanlının  sevincinin , səbirsizliklə  gözlədiyi  qələbəmizin  paradı  idi. Zəfər  paradının diqqəti  çəkən  əsas  məqamlarından biri də Türkiyə  Prezidenti   Rəcəb  Tayyib  Ərdoğanın, o  cümlədən  rəsmi  şəxslərinin iştirakı və Türkiyə hərbçilərinin  nümunəvi  keçidi  oldu ki, bunun  da  siyasi  və rəmzi mənası var idi. Türkiyə  dövləti, onun  siyasi- hərbi rəhbərliyi bu müharibədə birmənalı şəkildə  Azərbaycanın  yanında  oldu, ölkəmizin  haqlı  mövqeyini, ərazi  bütövlüyünü  qətiyyətlə dəstəklədi. Bu  ölkənin  siyasi  və  hərbi rəhbərliyi  birmənalı  və  qəti  şəkildə həm də sərt üslubda Azərbaycanı  dəstəkləyən  bəyanatlar   verdilər. Bu  baxımdan Azərbaycan- Türkiyə  dostluğu  və qardaşlığı Vətən  müharibəsinin  gedişində  daha  da  möhkəmləndi, daha  sarsılmaz  oldu. Bütün  dünya  bir  daha  Azərbaycan-Türkiyə  dostluğunun  və  qardaşlığının  şahidi  oldu. Türkiyənin  Azərbaycana  verdiyi siyasi  və mənəvi  dəstək  hər bir Azərbaycan  vətəndaşını  qürurlandırır, sevindirir. Türkiyə  hərbçilərinin  paraddakı  keçidi  həm  də  düşmənə  verilən  növbəti  mesaj  oldu. Eyni  zamanda  bütün  dünya  bir  daha  gördü  ki,  Azərbaycan və Türkiyə  bundan sonra da bütün  məsələlərdə bir-birinin  yanında  olacaqlar. İndiyədək  keçirilən  təntənəli  hərbi  paradlar  ölkəmizin  müdafiə  qüdrətini və xüsusən son dövrlər daha da vüsət alan hərbi modernləşmənin uğurla həyata keçirildiyini  göstərmişdi. Xalqımız  əmin  olmuşdu  ki, ən müasir döyüş imkanlarına  malik  olan  ordumuz  nəinki  istənilən   təxribatın  qarşısını  almağa,  həmçinin  düşmənin  bütün  mövqeyini  anında  məhv  etməyə  qadirdir.  Bu  parad  bir  daha  göstərdi  ki, ordu  quruculuğu  prosesi  Azərbaycan  Prezidenti  Silahlı  Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin rəhbərliyi altında ötən 17 ildə uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı  Qüvvələri bu gün regionun modern texnika ilə təchiz  edilən, Vətənin müdafiəsinə, daim hazır olan yüksək   nizam- intizama malik bir quruma  çevrilib.

Nəsirova Ofelya,
KBTRL-nin tarix müəlliməsi

Oxşar Xəbərlər

Back to top button