Analitika

SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır

1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqrama üzv olan ölkələr Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstandır. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Azərbaycan xüsusilə son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı da daxil olmaqla, müxtəlif formatlarda əməkdaşlığı təkcə iqtisadi inteqrasiyanı artırmağa deyil, həm də o qədər uzaq olmayan regionlarda baş verən yeni çağırışlar və risklər fonunda bir-birini dəstəkləməyə imkan verərək bu əməkdaşlığa xüsusi önəm verir.

“Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal mövqeyi, sözünün imzası qədər dəyəri olan ölkə kimi nüfuz qazanıb. Azərbaycanın hər bir çağırışı sülhə, sabitliyə, təhlükəsizliyin təminatına yönəlib. Tarixi Zəfərimizdən dərhal sonra Ermənistana təklif edilən sülh müqaviləsi də bunun təsdiqidir.

SPECA müstəvisindəki öncəliklər də əlamətdar olacaq. Çünki “Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq forma­tına yol açacaq”, – deyən Azərbaycan Prezidenti əminlik yaradır. Əminlik ona görə var ki, Azərbaycan və Mərkə­zi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiya­si məkanda yerləşir, digər yandan isə bu məkanın əhəmiyyəti BMT-nin vacib təsisatı müstəvisində, yəni SPECA çər­çivəsində vurğulanır. Buda bir daha onu göstərir ki, qarşıda duran başlıca vəzifələrdən biri başla­nılmış yolun qətiyyətli şəkildə davam etdirilməsidir.
SPECA çərçivəsində xalqlarımızın bölüşdüyü ümumi maraqlara, məqsəd və dəyərlərə əsaslanan əməkdaşlığı gələcəkdə də dərinləşdirərək və inkişaf etdirərək möhkəm qətiyyətlərini bir daha təsdiq edir.

Abbasova Yeganə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button