Analitika

İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirməklə, bir-birini dəstəkləyir

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata bəyanatında bir neçə mühüm məqamı yenidən aktuallaşırdı. Azərbaycan- İraq münasibətlərinə diqqət çəkərək qeyd etdi ki, iki ölkənin diplomatik əlaqələr tarixi boyunca İraq prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Dövlət müstəqilliyini bərpa edən Azərbaycanı ilk tanıyan ölkələrdən biri də İraq olmuşdur. 2 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımış və üç ay sonra Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. Sonrakı illərdə  qarşılıqlı əlaqələrin intensiv və ya daha sıx olması ilə bağlı ardıcıllıq izlənilmir. Doğrudur, 20 may 2011-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılmış, 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır. Həmçinin, 2017-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda keçirilən dünya iqtisadi forumunda iştirakı çərçivəsində İraq Kürdüstan Regional Hökumətinin başçısı cənab M. Bərzani ilə görüşmüşdür. Bununla yanaşı İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirərək BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında bir-birini dəstəkləmiş, qarşılıqlı olaraq suverenliyini və ərazi bütövlüyünü müdafiə etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pandemiya dövründə BMT-nin COVİD-19-a həsr olunmuş virtual konfransının keçirilməsi təşəbbüsünə ilk dəstək verən ölkələrdən biri də İraq idi. Bu konfrans yüksək səviyyədə keçdi. Ölkəmiz daim beynəlxalq hüquq və normalara riayət edir. Beynəlxalq təşkilatların verdiyi qərarlara uyğun olaraq ölkələri dəstəkləyir, siyasətini qurur. Bu mövzuda bizim mövqeyimiz aydındır.

İraq siyasi baxımdan sabitləşib. İraqa çətin günlərində dəstək verən ölkələrdən biri də Azərbaycandır. Bu baxımdan Azərbaycanla əməkdaşlıq bizim üçün önəmlidir. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində İraqı daim dəstəkləyib. İraq da 44 günlük şərəfli mübarizəsində Azərbaycana dəstək verdi. İraq parlamentində Azərbaycanla münasibətlərin daha da inkişafı üçün mütəmadi işlər görülür.

Kərimov Qara,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button