Analitika

İraq Prezidentinin Azərbaycana səfəri

İraq Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 19-u Azərbaycana rəsmi səfərdə olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür. İraq Prezidenti Əbdüllətif Camal Rəşidi hava limanında Azərbaycanın Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər Nazirinin birinci müavini Samir Şərifov və digər Azərbaycan rəsmiləri qarşılamışdır. Azərbaycan Respublikasına rəsmi səfərə gələn İraq Prezidentinin şərəfinə noyabrın 20-də, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Meydanda fəxri qarovulla qarşılanıb. Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçərək Azərbaycan əsgərlərini salamlayıblar. Daha sonra hər iki ölkənin Dövlət Himnləri səsləndirilmişdir.

Azərbaycanın nümayəndə heyyəti İraq Prezidentinə, İraq nümayəndə heyyəti isə Azərbaycan Prezidentinə təqdim olunub. Bu İraq Prezidentinin Azərbaycana ilk səfəridir. Bundan öncə, bu il iyulun 18-də İraq Kürdüstanın başçısı Neçirvan Bərzani Azərbaycana səfərdə olmuşdur. 1992-ci ildə İraq Respublikası, Azərbaycan Respublikasının müstəqilliyini tanımış və iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur.

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə keçirilən geniş tərkibli görüşdə turizm, iqtisadi və mədəni sahələrdə əlaqələri gücləndirmək arzusunda olduğu açıqlanıb. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında, Azərbaycan nümayəndə heyyətinin iştirakı ilə İraqa səfər edəcəklərini və İraq Prezidentini Azərbaycanda qəbul etməkdən çox şad olduğunu açıqlayıb. Bu səfər ikitərəfli əlaqələrimizdə, tarixdə çox əlamətdar hadisə olduğunu bildirib. Daha sonra İraq Prezidenti Əbdüllətif Camal Rəşid çıxış edərək, Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Əlaqələrin gücləndirilməsi, ticarət, siyasət, eləcə də beynəlxalq münasibətlərə toxunub və burada olmaqdan məmnunluq bildirib.

Noyabrın 21-də İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri başa çatıb, onu Heydər Əliyev Hava Limanında fəxri qarovul və nümayəndə heyyəti ilə yola salınıb.

Səbinə Həsənova,
Yeni Azərbaycan Partiyası Nizami rayon fəal üzvü.

Oxşar Xəbərlər

Back to top button