İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri
Azərbaycan Respublikasına rəsmi səfərə gələn İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidi qarşıladı. Bu, İraq Prezidentinin Azərbaycana ilk səfəridir. 1992-ci il yanvarın 2-də tarixində İraq Azərbaycanın müstəqilliyini tanıyıb. 30 mart 1992- ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulub. 1992- ci ildə Sovet İttifaqı dövründəki İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən səfirlik statusuna qaldırılıb. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycanın səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan ilə İraq arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 5 sənəd imzalanıb.
İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ölkələrimiz arasında əlaqələrin inkişafı üçün əhəmiyyətlidir, bu səfər iki ölkənin əməkdaşlığında yeni səhifə açmış olacaq Azərbaycan və İraq BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman qarşılıqlı dəstək nümayiş etdirirlər. Prezident Əbdüllətif Camal Rəşid İraq ilə Azərbaycan arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etməsindən məmnun olduğunu bildirib. Nəzərə çatdırıb ki, iki dost dövlətin müxtəlif sahələr üzrə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrini genişləndirmək zəruridir. İraq Prezidenti siyasi, iqtisadi-ticari, enerji, mədəniyyət, turizm və təhsil sahələrində daha səmərəli əməkdaşlıq üçün hər iki tərəfin böyük potensialının olduğunu qeyd edib, rəsmi şəxslərin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.
Əbdüllətif Camal Rəşid İraqın üzləşdiyi problemlərə və təhlükəsizliyə təhdid yaradan hallar barədə məlumat verdi, ölkəsinin artıq sabitlik mərhələsinə qədəm qoyduğunu bildirdi. Hal-hazırda İraqda 330 nəfərdən ibarət parlament fəaliyyət göstərir.
İraqda Azərbaycan üçün biznes əlaqələri yaratmalıyıq.
Nəsirova Ofelya,
KBTRL- nin tarix müəlliməsi