Azərbaycanla İraq prezidentinin rəsmi görüşünün baş tutması iki xalqı daha da bir-birinə yaxınlaşdırır
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycanın dünya birliyindəki nüfuzunu getdikcə artırır. Xüsusilə, Ermənsitan üzərindəki tarixi Qələbəmizdən sonra ölkəmizin dünya miqyasındakı mövqeyi daha da möhkəmlənmiş, reytinqi yüksəlmişdir. Son illər Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı xeyli artıb. Bir neçə gün əvvəl İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisidir. Azərbaycanla İraq prezidentinin rəsmi görüşünün baş tutması iki xalqı daha da bir-birinə yaxınlaşdırır. Bu da xalqlar arasında mədəni münasibətləri ən yüksək zirvəyə daşıyır. Onu da qeyd edək ki, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. İraq iqtisadiyyatını yenidən toparlamaq üçün bir sıra ölkələrlə, o cümlədən, Azərbaycanla münasibət sistemlərini qorumaqda maraqlıdır. İraq neft və qazla zəngin olan bir ölkədir. Azərbaycanın da bu yöndə təcrübəli kadrları var.
Azərbaycanda bir çox şirkətlər var ki, bu həm İraqın, həm də Azərbaycanın iqtisadiyyatına ciddi şəkildə xeyir gətirə bilər. Bu həssas coğrafi bölgədə Azərbaycanın İraq kimi müsəlman ölkə ilə normal münasibətləri ticari, iqtisadi əməkdaşlığı Azərbaycan üçün arzuolunandır. Bu münasibətlər İraqda yaşayan türkmən qardaşlarımız üçün də müsbətdir. Sözü gedən münasibətlər türkmənlərin yaşadığı şəhərlərin inkişafına da müsbət yöndə təsir göstərə bilər. Azərbaycanın müsəlman ölkələri ilə dostluq münasibətlərində olması, dövlətlərin beynəlxalq təşkilatlarda mövqeyini gücləndirir. Bu münasibətlər hər iki dövlət üçün amildir.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı