Analitika

27 illik həsrət, niskil Ali Baş Komandan və ordumuz sayəsində sonlanmışdır

27 illik bu həsrətə 25 Noyabr 2020-ci ildəson qoyuldu. Bu günü xalqımız uzun illərdi ki gözləyirdi. 44 günlük vətən müharibəsində 4 rayonu, Şuşa və Qarabağdakı digər torpaqları Ali Baş Komandan və Azərbaycanın qalib ordusunun şücayəti sayəsində azad olundu. Noyabrın 10-u imzalanan üçtərəfli bəyənnamə əsasında 20 noyabr 2020-ci il Ağdam, 1 dekabr 2020-ci il Laçın və 25 noyabr 2020-ci il Kəlbəcər rayonları itkisiz Azərbaycana qaytarıldı. Bu döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da İlham Əliyevin qalib olmasının göstəricisidir.

Kəlbəcər rayonu 27 ildən sonra nəhayət işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illərdi ki, səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin bir güllə atılmadan, bir şəhid verilmədən azad edilməsini təmin etdi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisi idi. Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.

Düşmən bizim tarixi abidələrimizi belə özlərininkiləşdirmək istəsədə onların bu məkirli düşüncələrinə son qoyuldu. Kəlbəcər işğalçılardan azad edildikdən də sonra burdakı bütün  tarixi abidələri, o cümlədən dünya əhəmiyyətli dini tarixi abidələr olan Xəzinədağ -Gəncəsər və  Xudavəng məbədlərini bərpa edilərək onun əsl milli kimliyini – qədim alban tarixini də bütün dünyaya təqdim edəcəkdir.! Bir sözlə, torpağın əsil sahibləri qayıdıb. Bu torpaqlara yeni həyat, yeni nəfəs veriləcəkdir.Azad Kəllbəcərin xoş günləri bundan sonra olacaq. Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Düşmən əməllərinə görə cavab verməlidir. Onların cinayətlərinə göz yummaq olmaz. Dövlətimiz, bütün siyasi qurumlar beynəlxalq qurumlara müraciətlər ünvanlayır, bəyanatlar verirlər ki, düşmənin etdikləri əməllərin cavabına siyasi qiymət verilsin!

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button