Analitika

Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir!

Ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 145 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi, 147 yaşayış məntəqəsi,44 kənd izibati ərazi dairəsi mövcud idi. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir. Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra işğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur. Amma artıq o çətin günlər arxada qalıb. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində  4 rayonu, Şuşa  və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, sonra isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirir. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl civə, tuf, gil, perlit, üzlük daş, qum-çınqıl qarışığı, mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var. Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları, çayları və gölləri ilə tanınır.

Düşmən bizim tarixi abidələrimizi belə özlərininkiləşdirmək istəsədə onların bu məkirli düşüncələrinə son qoyuldu. Kəlbəcər işğalçılardan azad edildikdən də sonra burdakı bütün  tarixi abidələri, o cümlədən dünya əhəmiyyətli dini tarixi abidələr olan Xəzinədağ -Gəncəsər və  Xudavəng məbədlərini bərpa edilərək onun əsl milli kimliyini – qədim alban tarixini də bütün dünyaya təqdim edəcəkdir.! Bir sözlə, torpağın əsil sahibləri qayıdıb. Bu torpaqlara yeni həyat, yeni nəfəs veriləcəkdir.Azad Kəllbəcərin xoş günləri bundan sonra olacaq. Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Düşmən əməllərinə görə cavab verməlidir. Onların cinayətlərinə göz yummaq olmaz. Dövlətimiz, bütün siyasi qurumlar beynəlxalq qurumlara müraciətlər ünvanlayır, bəyanatlar verirlər ki, düşmənin etdikləri əməllərin cavabına siyasi qiymət verilsin!

Abbasova Yeganə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button