Analitika

Azərbaycan-İraq əməkdaşlığında yeni səhifə açılır

“Azərbaycanla İraq arasında tarixi və mədəni əlaqələrin olması heç kəsə sirr deyil. O da məlumdur ki, iki ölkənin münasibətlərindəki dəyişikliklər tarixin və geosiyasi şəraitin tələblərinə, çağırışlarına əsasən formalaşıb. Hətta keçmiş SSRİ dönəmində də İraqın Bakıda konsulluğunun fəaliyyət göstərməsi iki ölkənin münasibətlərinə nə qədər önəm verilməsinin göstəricisi idi. Azərbaycanın müstəqilliyinin bərpasından sonra isə bu əlaqələr getdikcə inkişaf edib. Məhz 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılıb. Lakin diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfər etməsi də mühüm hadisədir və bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, hər iki ölkənin maraqları qarşılıqlı şəkildə müdafiə olunur: “İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir”.

Ramil Vəlibəyov əlavə edib ki, 2011-ci il tarixində hökumətlər arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılıb, 2016-cı ildə Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlayıb, Azərbaycan ilə İraq arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 5 sənəd imzalanıb. İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri çərçivəsində isə sosial, turizm, mədəniyyət, siyasi məsləhətləşmələr, hava əlaqəsi haqqında anlaşma memorandumları və sazişləri imzalanıb: “

“İraq Prezidentinin mətbuat konfransında bildirdiyi fikirlər bir daha onu isbatlayır ki, İraq Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Bağdad Bakının sülh quruculuğu, inkişaf və tərəqqi təcrübəsindən istifadə etmək niyyətindədir. Bu səbəbdəndir ki, İraq rəsmiləri ölkəsinin enerji, kənd təsərrüfatı və başqa sahələrə Azərbaycan sərmayəsinin gəlməsini təşviq edirlər.

Oxşar Xəbərlər

Back to top button