Analitika

Hazırda ölkəmiz bütün sahələr üzrə həyata keçirilən tədbirlər nəticəsində regionda yüksək inkişaf səviyyəsinə malikdir

Prezident İlham Əliyevin cari ilin 26 oktyabr tarixində 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində  ölkə başçısı  cənab  İlham Əliyev olduqca əhəmiyyətli və vacib məqamlara toxunaraq Azərbaycanın xarici investisiyalar üçün çox açıq ölkə olduğunu vurğulamışdır. Son 30 il ərzində ölkəmizin çoxmilyardlı investisiya portfeli yaranmışdır. Azərbaycana olunan ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır.

Yürüdülən uğurlu siyasətin nəticəsində Azərbaycan dünyada müşahidə olunan qlobal siyasi və iqtisadi böhran fonunda günü-gündən inkişaf etməklə yanaşı, həm də bütün dünyada etibarlı tərəfdaş və sülhsevər ölkə kimi tanınır. Əsası Umummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda çox gözəl investisiya iqliminə malikdir. Eyni zamanda xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması əsas prioritetlərimizdən biridir.

Bərpaolunan enerji istehsalında əməkdaşlığa 26 oktyabr tarixində start verildi. Bizim uğurlu enerji sahəsində siyasətlərimizdən biri də bərpaolunan enerji növlərinin potensialı böyükdür. Bu da sözsüz olaraq dünyanın aparıcı enerji şirkətləri ilə əməkdaşlığı ilə əlaqələrin möhkəmlənməsinə gətirib çıxarır. Prezident İlham Əliyev çıxışında hətta bu mövzuya da toxundu ki , böyük potensial işğaldan azad edilmiş ərazilərdədir. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Artıq ilkin addımlar da atılır, bp şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Ümid edirəm ki, bu danışıqlar da uğurla nəticələnəcək.

Bütövlükdə Azərbaycan Respublikasında mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat və kommunikasiya sahələrində olan sıx əməkdaşlıqlarımız unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki neft və neft məhsulları, həmçinin enerji sahəsində böyük istehsalçı və ixracatçıya çevrilsin.Ölkəmizin enerji sahəsində inkişafı xüsusi əhəmiyyətə malikdir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button