Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdədir
Yürüdülən uğurlu siyasətin nəticəsində Azərbaycan dünyada müşahidə olunan qlobal siyasi və iqtisadi böhran fonunda günü-gündən inkişaf etməklə yanaşı, həm də bütün dünyada etibarlı tərəfdaş və sülhsevər ölkə kimi tanınır. Əsası Umummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda çox gözəl investisiya iqliminə malikdir. Eyni zamanda xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması əsas prioritetlərimizdən biridir.
Prezident İlham Əliyevin iştirakı ilə cari ilin 26 oktyabr tarixində 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olmuşdur. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında bildirib ki, ölkələrimiz arasında qarşılıqlı yatırımlarının, ticari əlaqələrin genişlənməsinin həm iqtisadi, həm də siyasi baxımdan tərəflərə yeni dividendlər qazandırır. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Daha çox layihələr olacaq. Bir qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir.
Qeyd edək ki, açılış zamanı dövlətlərimiz arasında siyasi dialoqun yüksək səviyyədə olmasının, iki ölkənin liderləri arasında səmimi dostluq münasibətlərindən, onların müdrik uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəldiyini vurğulamışdır. Bu günədək iki ölkə arasında əməkdaşlığa dair 30-dan çox sənəd imzalandığını, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrünə nisbətən 2,5 dəfə artdığını qeyd edilib. Dubay şəhərində 2017-ci ildən ölkəmizin ticarət nümayəndəliyinin, 2019-cu ildən “Azərbaycan Ticarət Evi”nin fəaliyyət göstərdiyini bildirib. Azərbaycan və BƏƏ Hökumətləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafında mühüm rolunu qeyd edək ve Azərbaycanın “Expo 2020 Dubai” beynəlxalq sərgisinə dəstək verən ilk ölkələrdən olduğunu xususi bildirmək lazımdır.
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi