Analitika

230 MVT gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı Azərbaycan üçün əlamətdar hadisədir

Hazırda ölkəmiz  bütün sahələr üzrə həyata keçirilən tədbirlər nəticəsində regionda yüksək inkişaf səviyyəsinə malikdir. Bu sahələrdən biri də energetika sahəsidir. Energetika  sahəsində görülən işlər sayəsində ölkəmiz istər qonşu, istərsə də qeyri-qonşu dövlətlərlə gələcəyə böyük ümidlər vəd edən layihələrə imza atır. Enerji istehsalı və istehlakı cəmiyyətin inkişafını təmin edən və onun inkişaf dərəcəsini müəyyən edən edən ən mühüm göstəricilərdən biridir. Ölkəmizdə Günəş enerjisindən istifadə olunması üçün böyük imkanlar var. Belə ki, Abşeron yarımadasında, Mil-Muğan düzündə, cənub rayonlarında günəş kollektırlatından və batareyalarından istifdadə olunması müxtəlif növ istehlakçıların ekoloji cəhətdən təmiz enerji təmin olunmasına geniş şərait yaratmış olar.

Enerji sahəsində son həyata keçirilən tədbirlərdən biri 26 oktyabr tarixində 230 MVT gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışıdır. Bu stansiyanın açılışı Azərbaycan üçün əlamətdar hadisədir, çünki bununla Azərbaycan daha da böyük layihələrə imza atacağını göstərdi. 2022-ci ilin 15 mart tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur naziri Suhail Al Mazroueinin iştirakı ilə “Masdar” şirkəti tərəfindən ölkəmizdə inşa ediləcək bu stansiyanın  Gülüstan sarayında təməlqoyma mərasimi keçirilmişdir. Bu layihə çərçivəsində ölkəmiz enerjiyə artan tələbatını ödəyəcək, ixrac imkanlarını  genişləndirəcəkdir.

Bütövlükdə Azərbaycan Respublikasında mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat və kommunikasiya sahələrində olan sıx əməkdaşlıqlarımız unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki neft və neft məhsulları, həmçinin enerji sahəsində böyük istehsalçı və ixracatçıya çevrilsin.Öləmizin enerji sahəsində inkişafı xüsusi əhəmiyyətə malikdir.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button