Analitika

Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var

26 oktyabr tarixində 230 MVT gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı oldu. Bu energetika sahəsində əlamətdar bir gündür. Sözsüz , bu elektrik stansiyanın açılışı enerji sahəsində Azərbaycanın daha böyük uğurlara imza atacağına nail olacaq. Ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, ixrac imkanlarımızı genişləndirəcək.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, bu böyük layihənin icraçısı dünyada tanınmış və bu sahədə böyük təcrübəsi olan “Masdar” şirkətidir. Qeyd etdiyim kimi, “Masdar” şirkətinin bu sahədə çox böyük təcrübəsi var, bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir. Əlbəttə ki, bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir. Masdar” şirkəti bizim üçün dost ölkəni – Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir.

Bu münasibətlər bir daha sübut edir ki, Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətimiz bundan sonra da genişlənəcək. Bərpaolunan enerji istehsalında əməkdaşlığa 26 oktyabr tarixində start verildi. Bizim uğurlu enerji sahəsində siyasətlərimizdən biri də bərpaolunan enerji növlərinin potensialı böyükdür. Bu da sözsüz olaraq dünyanın aparıcı enerji şirkətləri ilə əməkdaşlığı ilə əlaqələrin möhkəmlənməsinə gətirib çıxarır. Prezident İlham Əliyev çıxışında hətta bu mövzuya da toxundu ki , böyük potensial işğaldan azad edilmiş ərazilərdədir. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Artıq ilkin addımlar da atılır, bp şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Ümid edirəm ki, bu danışıqlar da uğurla nəticələnəcək.

Ələkbər Saleh,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button