Analitika

Artıq üç ildir azad olan Qubadlıda həyat yenidən canlanır

“Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. Rayon işğaldan azad olunduqdan sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası işləri də davam etdirilir”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, artıq üç ildir azad olan Qubadlıda həyat yenidən canlanır. Düşməndən təmizlənən ərazidə dövlətimiz tərəfindən bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şərqi Zəngəzurun qərb hüdudu olan Qubadlıda tikinti işləri plan üzrə aparılır. Qubadlının azad olunmasından qısa müddət keçməsinə baxmayaraq, düşmən tərəfindən dağıdılmış, viran qoyulmuş Qubadlı rayonu və kəndləri Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə abadlaşdırılır. Bu istiqamətdə kifayət qədər ciddi işlər görülüb, yollar, elektrik stansiyaları, ictimai-mədəni obyektlər, elektrik xətlər çəkilib, yüzlərlə əhəmiyyətli obyekt və layihələrin təməli qoyulub.

Rəşadət Xalıqovun sözlərinə görə, Azərbaycan Prezidentinin azad edilmiş torpaqlara səfərləri onun rəhbərliyi ilə aparılan siyasətin təzahürü olaraq bölgənin qısa müddətdə bərpasının, inkişafının, böyük iqtisadi dəhlizə çevriləcəyinin göstəricisidir. Həmin səfərlər Ermənistan cəmiyyətində də maraqla izlənilir. Çünki məğlub xalqın nümayəndələri bölgədəki mövcud vəziyyət barədə qeyri-müəyyənliklər, həyəcan içərisindədirlər. Onlar proseslərin istiqamətinin dəyişməsində dövlətlərinin hər hansı bir təsir imkanının olmamasını acizliklə seyr etmək məcburiyyətindədirlər. Ümumilikdə isə Qubadlının işğaldan azad edilməsi böyük Qələbənin növbəti carçısı, şanlı Ordumuzun Laçın dəhlizinə gedən yolunun açılması idi ki, bu da düşmənin döyüş bölgəsinə gələn bütün yollarının bağlanması demək idi. Elə düşmən də bütün bunları görərək kapitulyasiya aktını imzalamağa məcbur olmuşdu.

Oxşar Xəbərlər

Back to top button