Əzəli Azərbaycan Türkiyə dostluğu
Naxçıvan həmişə strateji əhəmiyyətli bir bölgə olub. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətində də bu amil önəmli yer tutub. Məhz bu amil torpaqlarımıza göz dikən bədxah və xain erməni millətçilərinin hiyləgər planlarının puç olmasında önəmli rol oynayıb. Prezident İlham Əliyev də bu ənənəni, siyasi xətti uğurla davam etdirir. Naxçıvana səfəri zamanı çıxışlarının birində dövlət başçısı demişdi:”Naxçıvana daim xüsusi diqqət göstərilməlidir. Naxçıvan Azərbaycanın qədim diyarıdır, qədim torpağıdır, strateji əhəmiyyətə malikdir… ”
Heydər Əliyevin 1992 – ci ilin mart ayında Türkiyə Respublikasına ilk rəsmi səfəri zamanı Türkiyə prezidenti Turqut Özal, Baş Nazir Süleyman Dəmirəl və digər rəsmi şəxslərlə görüşlər keçirilmiş, həmin görüşlər zamanı Ulu Öndər Heydər Əliyev bildirmişdi ki, “Naxçıvan Türk – İslam dünyasına bir qapıdır.” Türkiyə Respublikasında baş tutan görüşün əsas müzakirə obyekti isə unudulmaqda olan Qars müqaviləsini yenidən gündəmə gətirməklə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Naxçıvanın düşdüyü ağır vəziyyət olmuşdur. Nəticədə Türkiyənin Baş naziri ilə Naxçıvan Ali Məclisinin Sədri arasında birgə protokol imzalanaraq bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. 1992-ci ilin may ayı isə Azərbaycanın eləcə də Naxçıvanın müasir tarixinin ən mürəkkəb və gərgin dövrünü əhatə edir. Həmin dövürdə Bakıda siyasi qüvvələr arasında hakimiyyət davası, Qarabağda yaranan problemli vəziyyət, məkirli düşmənlərimizin əlinə fürsət düşməsinə şərait yaratdı. Onlar Naxçıvana qarşı hərbi təcavüzləri də gücləndirirlər. Lakin Ulu Öndər Heydər Əliyevin diplomatik səyləri nəticəsində bu çirkin planın qarşısı alınır. Mayın 18-də Heydər Əliyev Naxçıvana qarşı olan təcavüzün qarşısının alınması üçün Türkiyədən kömək göstərilməsini xahiş edir. 1921 – ci ilin Qars müqaviləsinə əsasən, Türkiyə hökuməti həmin gecə xususi bəyanatla çıxış edərək Naxçıvan haqqında söz sahibi, onun muxtariyyətinin qarantı olduğunu yenidən bütün dünyaya bəyan edir. Məhz bu bəyanatdan sonra dünyanın 57 dövləti Ermənistanın təcavüzkar hərəkətlərini pisləyir.
Azərbaycan – Türkiyə əlaqələrinin inkişafında 1992-ci il mayın 28 də açılan “Sədərək Dilucu” körpüsü mühüm rol oynayıb. Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə əlaqələri sonrakı illərdə də yüksək xəttlə inkişaf edib. 2008-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan ın Naxçıvan səfəri böyük siyasi məna daşıyıb. İlham Əliyev mətbuatda çıxışında bildirib ki, “Azərbaycan – Türkiyə münasibətlərinin daha da möhkəmlənməsi regionlar əməkdaşlığa böyük töhfədir. Əziz qardaşım, bu, Sizin Naxçıvana ikinci səfərinizdir və səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək.
İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək.Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik.
Fətəliyeva Leyla,
YAP-ın fəalı