Analitika

Qardaşlığımız əbədidir

“Qardaşlığımız əbədidir” dedikdə ağla gələn hər zaman Türkiyə-Azərbaycan münasibətləri olur. Tarix boyu bir-birimizə olan dəstəyimiz dünya ölkələrinin bəzilərində qıcıq yaratsa da xarici qüvvələr tərəfindən əbədi dostluğumuza qarşı çıxmağa çalışsalar da elə istəkləri də ürəklərində qalmışdı. Əsrlər boyu Azərbaycan və türk xalqları bir-birinə dəstək olmuş , sıx əməkdaşlıq etmiş, Ulu öndər Heydər Əliyevin dediyi kimi “bir millət iki dövlət“ olmuşlar.

25 sentyabr Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Prezident İlham Əliyevin rəsmi görüşü bir daha dünyaya mesaj oldu. Burada danışılan mövzular gələcək zamanda ölkələrin bir –biri ilə sıx əməkdaşlığını daha da artıracağını sübut etdi. Görüşün uğurlu hissələrindən biri də o idi ki , Iğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və əlaqələrə yeni təkan verəcək. Bu artıq Türkiyə-Azərbaycan arasında yeni səhifənin açılacağından xəbər verir və ən əsası qardaşlığımızdan narahat olanlara siqnaldır.

Bir neçə gündən sonra isə Naxçıvanda Türkiyə-Azərbaycanın vəzifəli şəxslərinin,beynəlxalq təşkilatlarının iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcək. Sözsüz , bu görüşün nəticələri uğurlu olacaq . Beləliklə dünya gündəmində Türkiyə-Azərbaycan arasında keçən bu müzakirələr çox danışılacaq. Düşünürəm ki, görüşlərin çoxluğu bir daha sübut edir ki , qardaş ölkələrin birgə dəf edə bilməyəcəyi heçnə yoxdur. Bu planlar gerçəkləşəcəyi halda Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaq.

Ələkbər Saleh,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button