“Anım Günü “ hər il xüsusi həssaslıqla qeyd edilir, şəhidlərimiz dərin hörmət və ehtiraml yad olunur
27 sentyabr-Anım Gününün ildönümünü Azərbaycan vətən uğrunda şəhid olan qəhrəmanlarını hüznlə və ehtiramla yad etdi. Amma bu kədər ehtiramı həm də qürurlu idi. İkinci Qarabağ savaşının şəhid qəhrəmanları Azərbaycan tarixində bundan sonra dünya durduqca ucalığını, möhtəşəmliyini qoruyub saxlayacaq. Onlar bu zəfərlə Qələbə və Qürur abidəsi yaratdılar.
Azərbaycan cəmiyyətini qələbəyə kökləmək, onlara qələbə ruhunu aşılamaq, qələbə vərdişi yaratmaq cənab İlham Əliyevin daxili siyasətinin tərkib hissəsi olmuşdur. Yaxın qonşularla mehriban qonşuluq siyasətinin aparılması, qarşılıqlı hörmət və bərabərtərəfli munasibətlərin qurulması, Türkiyə ilə münasibətlərin dərinləşməsi, beynəlxalq və regional transmilli layihələr Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, onu dünyaya regionun aparıcı dövləti, etibarlı tərəfdaş, qüdrətli dövlət kimi təqdim etmişdir.
Ordu quruculuğu hər zaman ölkə prezidentinin dövlət siyasətinin əsas məsələsi olmuşdur. Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur. Azərbaycan ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə dünya miqyasında güclü ordular sırasındadır. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı