Bundan sonra da biz qalib ölkə, qalib xalq olaraq yaşayacağıq
Xalqımızın and yerinə çevrilən doğma torpaqlarımızın 30 il ərzində düşmən əsarətində qalması illərdi ki, qəlbimizdə dərin izlər yaratmışdı. Ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurları, əldə etdiyi inkişaf səviyyəsi ilə dünya miqyasında layiqli yerini tutub irəliləməsinə sevinsək də, böyükdən-kiçiyə hər birimizin ürəyində böyük bir nisgil, həsrət yanğısı var idi. Lakin dövlət başçımızın hər dəfə mötəbər tədbirlərdə, eləcə də şəhid ailələri və qazilərlə görüşləri zamanı etdiyi çıxışlarında qətiyyətlə qəhrəman oğullarımızın qanının yerdə qalmayacağını, torpaqlarımızın işğaldan azad ediləcəyini vurğulaması inam hissimizi də gücləndirirdi. Bütün bunların məntiqi nəticəsi olaraq öz liderinin ətrafında sıx birləşən xalqımız bu həsrətə ötən ilin Sentyabrın 27-də son qoydu. Bu əlamətdar gün xalqımızın çoxdan gözlədiyi Zəfər yolunun başlanğıcı kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Ordumuzun qüdrətini, döyüş ruhunu, eləcə də xalqımızın sarsılmaz birliyini, doğma yurdu, torpağı uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali BaşKomandan “Hücum!” əmrini verdi. 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yeni tarix yazdı. Yazılan tarix sübut etdi ki, başqasının torpaqlarında gözü olmaq beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, gec-tez ədalət zəfər çalır. Saxta tarix yazanermənilərin yaratdıqları “mif”lər də özünətəsəllidən başqa bir şeydeyildi. Azərbaycan Silahlı Qüvvələri bu mifləri dağıtdı, Ermənistan ordusunun nə qədər zəif oluğunu sübut etdi. Hansı ki, ermənilərin və erməni diasporunun apardığı təbliğata uyğun olaraq orduları dünyanın ən güclü orduları “sırasındadır”. Prezident İlham Əliyevin hər bir çıxışında, işğaldan azad edilmiş ərazilərimizə ardıcıl səfərlərinin hər birində tarixi Zəfərimizdən geniş bəhs olunur, ermənilərin əsl simaları, Azərbaycan xalqının bu illər ərzində necə vəhşi ilə üz-üzə dayandığı əsaslı şəkildə dünya ictimaiyyətinə çatdırılır. İkinci Qarabağmüharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Müzəffər Ali Baş Komandansahibinə qovuşmuş torpaqlarımıza səfər edərkən bəyan edir ki, bundansonra bu torpaqlarda əbədi qalacağıq. Ölkə rəhbərinin Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi aspektlərinin diqqətə çatdırılması istiqamətində 44 gün ərzində beynəlxalq və yerli televiziya kanallarında yayımlanan 30-dan artıq müsahibəsi nəticəsində İkinci Qarabağ müharibəsi başladığı gündən ölkəmiz hərbi uğurlarla paralel, informasiya müharibəsində də üstünlük əldə etdi. Ali Baş Komandan müsahibələrində dəfələrlə ermənilərin işğalçı kimliyini, zəif hərbi qüvvəsini və terrorçu siyasətinin olduğunu vurğuladı. Ünvanlanan bəzi suallar düşmənin yaydığı dezinformasiyalara əsaslansa da, Prezident həmin sualları faktlarla, əsaslı şəkildə cavablandıraraq düşmənin dezinformasiyalarını məhv etdi. Ölkə başçısı bu müsahibələrlə dünya ictimaiyyətinə Azərbaycanın iqtisadi və hərbi gücünü nümayiş etdirdi, eyni zamanda, Azərbaycanın istər hərbi, istərsə də informasiya müharibəsində öndə olduğunu real arqumentlərlə diqqətə çatdırdı. Bu şanlı qələbə ilə erməni faşizminə elə bir dərs verildi ki, onlar bu dərsi heç zaman unutmayacaq. Bütün bunlara rəğmən, xislətinə uyğun olaraq düşmən hələ də məkrli fitnələrindən əl çəkmir, lakin ölkə rəhbərimizin də Anım Günü ilə bağlı xalqımıza müraciətində qeyd etdiyi kimi, torpağımıza kəc baxanlar bundan sonra da sarsıdıcı yumruqla rastlaşacaqlar.
Eyvazlı Rza,
YAP-ın gənc fəalı