Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim və düşünülmüş addımdır
2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
Prezident İlham Əliyev avqustun 26-da “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışında bu hadisəni xüsusi qeyd edərək demişdir: “23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır.Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin böyük strateji əhəmiyyəti vardır. Məntəqənin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.Azərbaycanın fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların növbəti təxribatlarının qarşısını alır. “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayır, ölkə ərazisinə qanunsuz malların daşınmasının qarşısını alır və alacaqdır. Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin təminatında mühüm rol oynayan məntəqə həmçinin Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının, eyni zamanda ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alır. Məntəqənin daha bir müsbət fəaliyyəti 30 il əvvəl azərbaycanlılara qarşı qanlı faciələrin törədilməsində iştirak edən cinayətkarların saxlanılaraq ədalət məhkəməsinə təhvil verilməsi olmuşdur. Xalqımıza qarşı cinayətlərdə iştirak edən, soyqırım hadisələrinin təşkilatçıları, birbaşa iştirakçıları, onların siyasi ideoloqları öz cəzasıqlıqlarında arxayın idilər, özlərini qəhrəman kimi aparırdılar. Beynəlxalq təşkilarların susqunluğu və onlara havadarlıq etməsi bu arxayınçılığı daha da artırırdı. Lakin “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılması bu məsələdə də müsbət nəticələr əldə edilməsinə şərait yaratdı. Belə ki, 1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində erməni quldurlarının 25 nəfər azərbaycanlının öldürülməsinə, xeyli insanın yaralanmasına və azərbaycanlıların deportasiya olunmasına səbəb olan soyqırım hadisəsinin bilavasitə iştirakçısı olmuş Xaçaturyan Vaqif Çerkezoviçin saxlanılması ilə bağlı atılan bütün addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib. Bu da onu bir daha göstərir ki, xalqımıza qarşı törədilən heç bir cinayət cəzasız qBu məntəqənin yaradılması Ermənistan və onun havadarlarının böyük etirazları və beynəlxalq səviyyədə müxtəlif təhdidləri ilə qarşılandı. Sevindirrici haldır ki, Azərbaycanın mövqeyi əksər ölkələr tərəfindən dəstəkləndi və Ermənistan beynəlxalq səviyyədə növbəti dəfə ifşa edildi. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.Bu da ölkəmizin xarici siyasətinin növbəti uğuru oldu.
Eyyub Əliyev,
YAP-ın gənc fəalı